İnsanlara hürriyət, millətlərə istiqlal!

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevdən açıqlama: “Hüququn aliliyi…”

Azərbaycan Konstitusiyasında bu günə qədər 3 dəfə dəyişiklik edilib.

Musavat.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev “Konstitusiya - dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında mühüm hüquqi bazadır” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

F.Abdullayev vurğulayıb ki, Konstitusiya Məhkəməsi üçün əsas anlayış hüququn aliliyidir:

“Hər zaman çalışırıq ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini irəli çəkək. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi Konstitusiyanın dəyərlərindən, o cümlədən fundamental prinsiplərdən irəli gəlir”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

BÜTÜN XƏBƏRLƏR