İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın SURİYA PLANI - Gizli təlimlər KEÇİRİLİR

İran Bəşər Əsəddən sonrakı Suriyada hərbi təsirini səssiz şəkildə bərpa edir.

Musavat.com xəbər verir ki, bu barədə İsrailin “Ynet” nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, İran hökuməti səssiz şəkildə İraqdakı şiə qruplarından və SEPAH-ın “Qüds” qanadından istifadə edərək Tehrana bağlı yeni qüvvələr formalaşdırmağa çalışır. Bu məqsədlə İraqın qərbində, Suriya sərhədindən bir neçə kilometr aralıda yerləşən Ənbar səhrasındakı ucqar düşərgələrdə Suriya rejiminə sadiq şəxslərə təlimlər keçirilir.

Ənbar bölgəsindən olan şahidlər bildiriblər ki, yüzlərlə suriyalı əsgər, o cümlədən "Hizbullah"ın da daxil olduğu iraqlı silahlı qruplara məxsus texnika ilə həmin səhra düşərgələrinə daşınıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

BÜTÜN XƏBƏRLƏR