Onlayn ictimai-siyasi qəzet
Aprel ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 126 nəfər qəbul edilib.
Musavat.com xəbər verir ki, şöbəyə qəbul edilən xəstələrdən 68 nəfər dərmandan, 34 nəfər sirkə turşusundan, 1-i spirtli içkidən, 6-sı ilan sancmasından zəhərlənən şəxslərdir.
Həmçinin onlardan 4 nəfər dəm qazından, 5 nəfər allergik reaksiyadan, 4 nəfər botulizmdən, 1 nəfər anafilaktik şok, 1 nəfər yandırıcı məhluldan, 1 nəfər neft məhlulundan, 1 nəfər yabanı bitkilərdən zəhərlənmə səbəbi ilə şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4 nəfər (3 kişi cinsli, 1 qadın cinsli) dünyasını dəyişib. Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb.
Musavat.com
05 Avqust 2025
02:23 Netanyahunu məhkəməyə verən baş prokuror vəzifədən azad edildi – Ali Məhkəmə qərarı dayandırdı
04 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ