İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ukraynanı silahsız qoya bilər

Ukrayna yarım il ərzində Qərb silahlarından tamamilə məhrum ola bilər.

Musavat.com xəbər verir ki, bu barədə “The Times” nəşri sensasion məlumat yayıb.

Nəşrin yazdığına görə, əgər ABŞ Ukrayna münaqişəsinin həllində vasitəçilikdən geri çəkilərsə, Kiyevə silah və hərbi texnika axını 6 ay ərzində dayanacaq. Belə bir ssenari Ukraynanın döyüş meydanında ciddi şəkildə zəifləməsinə səbəb ola bilər.

Məlumata görə, ABŞ-ın çəkilməsi Kiyev üçün müasir hava hücumundan müdafiə sistemləri və ballistik raketlər kimi strateji silahlara çıxışın itirilməsi deməkdir. Bu isə Ukraynanın müdafiə imkanlarını minimuma endirə və Rusiya qarşısında böyük texnoloji fərq yarada bilər.

Analitiklər hesab edirlər ki, Vaşinqtonun bu addımı təkcə silah yardımı deyil, Qərbin siyasi dəstəyinin də zəifləməsi ilə nəticələnə bilər. Eyni zamanda NATO daxilində Ukraynaya verilən dəstəyin davamlılığı da təhlükə altına düşəcək.

Qeyd edək ki, ABŞ bu günə qədər Ukraynaya milyardlarla dollar dəyərində hərbi yardım göstərib. Lakin daxildəki siyasi parçalanma və seçkiqabağı vəziyyət bu yardımın davamına şübhə yaradıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

BÜTÜN XƏBƏRLƏR