İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident vəzifəsini icra edən Han Deok Su İSTEFA VERDİ

Cənubi Koreyanın prezidenti vəzifəsini icra edən Han Deok Su istefa verib.

Musavat.com xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Bildirilir ki, prezident seçkiləri iyunun 3-də keçiriləcək. 

Agentlik qeyd edib ki, Han Deok Sunun prezidentliyə namizəd olacağı ehtimalı var.

Təxminən bir saat əvvəl Koreya Respublikasının Ali Məhkəməsi prezident seçkilərinin əsas favoritlərindən biri olan Li Çje Myonqla bağlı qərarını elan edib. Məhkəmə onun bəraətinə razılaşmayıb. İttihamedici qərar Li Çje Myonqun prezidentliyə namizədliyini irəli sürmək hüququndan məhrum olmasına səbəb ola bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

BÜTÜN XƏBƏRLƏR