Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin Azərbaycanda səfərdədir. Rusiya liderinin Azərbaycan Prezidenti İlham Əliyevlə əvvəlcə məhdud tərkibdə, daha sonra isə geniş tərkibdə görüşü baş tutub. Dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev bildirib ki, Putinin Azərbaycana hazırkı dövlət səfəri ikitərəfli münasibətlər üçün faydalı olacaq. Rusiya lideri isə əlavə edib ki, Azərbaycan ilə Rusiya arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə uğurla yerinə yetirilir. “Münasibətlərimiz hələ 2022-ci ilin əvvəlində Sizinlə imzaladığımız Bəyannamə əsasında inkişaf edir, uğurla yerinə yetirilir və Sizin bu ilin aprelində Moskvaya səfəriniz zamanı ikitərəfli münasibətlərimizin inkişafına yaxşı təkan verilib. İqtisadi-ticari əlaqələr uğurla inkişaf edir.
Politoloq Tofiq Ababsov Musavat.com-a bildirib ki, Rusiya ilə əlaqələrdə ən mühüm məqam enerji məsələləri, nəqliyyat konfiqurasiyalarının istifadəsi və istismarı ilə bağlıdır.
“Azərbaycan və Rusiya qonşu ölkələr olaraq münasibətlərini etimad üzərində qumralıdırlar. Söhbət faktiki olaraq böyük qazanc və imtiyazlardan gedir. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi digər dəhlizlərə həm rəqibdir, həm də onun böyük üstünlükləri var. Bir həftə və ya 10 gün ərzində Avrasiya, Afrika və Avropa bölgəsinə ötürmə etmək üçün həm vaxta, həm də resursa qənaət etmək mümkün olur. Bu baxımdan çox faydalı nəqliyyat dəhlizidir. Və 2028-ci ildə, uzağı 2030-cu ilə qədər tam istifadəyə verilərsə, ildə 100 milyon ton yükü bu dəhlizlə göndərmək imkanı olacaq. Yəni bu baxımdan bu yol üzərində olan ölkələr böyük qazanc əldə edə biləcəklər. İlk növbədə Rəşt- Astara istiqamətində dəmir yol xəttinin inşasının vaxtıdır. Onunla bağlı Rusiya və Azərbaycan da İran dövlətinə öz münasibətlərini bildiriblər. Hətta Azərbaycan İrana 1 milyarda qədər kredit verməyə hazır olduğunu deyib. Doğrudur, İranda bu təklif birmənalı qarşılanmadı. Onlar buna siyasi baxımdan qiymət verdilər və qəribçiliyə saldılar. Rusiya isə bu təklifi vaxtında qiymətləndirdi.
Son dönəmlərdə Azərbaycan-Rusiya-İran münasibətlərində yeni bir ab-hava formalaşıb. Ona görə də məsələ ilə bağlı çox ciddi müzakirələr, araşdırmalar edilir. Bu işdə Azərbaycan və Rusiya maraqlıdır. Kursk və Sunca vilayətində baş verən partlayışlara görə Rusiyanın qaz layihəsi üzərində çox böyük qara buludlar dolaşır. Buna görə də İranla əməkdaşlığa gedəcəyini gizlətmir. Əlbəttə, bu, Azərbaycanın iştirakı olmadan heç cürə baş tutmaz.
Rusiya Azərbaycanın paylaşdırıcı, həm də ötürücü şəbəkəsindən istifadəni diqqətdə saxlayır. Azərbaycanla Rusiyanın niyyəti üst-üstə düşür. Ortaq layihələr üzərində eyni mövqedən çıxış edirlər. Bu proseslərdə Ermənistan saatlı bomba rolundadır. Putin Azərbaycanda səfərdədir, Onlar isə Kəlbəcəri atəşə tuturlar. Bu o deməkdir ki, Ermənistan həmişə olduğu kimi pozucu rolunu saxlayır”.
Şahanə Rəhimli
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ