Onlayn ictimai-siyasi qəzet
Bursa Prokurorluğunun koordinasiyası ilə dünən İl Təhlükəsizlik İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsi və Kəşfiyyat Şöbəsinin əməkdaşları tərəfindən narkotik satıcılarına qarşı xüsusi əməliyyat keçirilib.
Musavat.com DHA-ya istinadən xəbər verir ki, əməliyyatda Xüsusi Təyinatlı Polis Dəstəsi və Çevik Polis Qüvvələri də daxil olmaqla ümumilikdə 600 polis iştirak edib.
Axtarış işlərinə 4 xüsusi təlim keçmiş it və 4 pilotsuz uçuş aparatı (PUA) da cəlb olunub.
Şübhəlilərin ev, iş yeri və avtomobillərində aparılan axtarış zamanı 3 kiloqram 200 qram metamfetamin, 2 kiloqram 700 qram kokain, 1500 ədəd çətənə bitkisi və onların yetişdirilməsi üçün qurulmuş xüsusi sistemlərdə istifadə olunan müxtəlif materiallar, 30 min ədəd ekstazi həb, 2 kiloqram 300 qram sintetik kannabinoid xammalı, 250 qram marixuana, 160 ədəd sintetik həb, 35 qram sintetik kannabinoid, 3 ədəd qeydiyyatsız tapança, 7 patron, 2 ədəd dəqiq elektron tərəzi və 180 min lirə nağd pul ələ keçirilib.
Saxlanılan 41 şübhəli ifadələrinin alınması üçün polis idarəsinə aparılıb.
Musavat.com
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ