İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Volqoqrad hava limanına “Stalinqrad” adını verdi


Rusiya prezidenti Vladimir Putin daha bir simvolik qərara imza atıb.

Musavat.com xəbər verir ki, Kremlin rəsmi saytında yayımlanan məlumata görə, Volqoqrad şəhərinin hava limanı rəsmən “Stalinqrad” adlandırılıb. Prezident Putin bununla bağlı müvafiq fərmanı artıq imzalayıb.

Rusiya hökumətinin mətbuat xidməti bildirib ki, dəyişiklik qüvvəyə minib və hava limanı artıq rəsmi sənədlərdə “Stalinqrad” adı ilə qeyd olunur.

Qeyd edək ki, Volqoqrad şəhəri 1925–1961-ci illərdə  Stalinqrad adını daşıyıb və bu ad Sovet lideri İosif Stalinin şərəfinə verilib. Həmin dövrdə şəhər, xüsusilə İkinci Dünya Müharibəsində baş verən məşhur “Stalinqrad döyüşü” ilə tarixə düşüb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR