İnsanlara hürriyət, millətlərə istiqlal!

Finlandiya prezidentindən Moskvaya xəbərdarlıq: “Trampla zarafat olmaz”


Ukrayna müharibəsi və artan Rusiya təhdidləri fonunda Finlandiya rəhbərliyindən sərt açıqlama gəlib.

Musavat.com xəbər verir ki, Finlandiya prezidenti Aleksandr Stubb “New York Times” qəzetinə verdiyi geniş müsahibəsində Rusiya ilə bağlı narahatlıqlarını dilə gətirib. O, xüsusilə ABŞ-ın mövqeyinə toxunaraq, Moskvanı ciddi şəkildə xəbərdar edib.

Prezident Stubb deyib ki, Rusiyanın aqressiv siyasəti Qərbdə səbir kasasını daşırmaq üzrədir və bu, xüsusilə ABŞ prezidenti Donald Trampın mövqeyində özünü göstərir:

“Trampın səbrinin tükəndiyi artıq açıq şəkildə görünür. Mən ümid edirəm ki, Kreml bu vəziyyətin ciddiliyini anlayır. Trampla zarafat etmək olmaz”, – deyə Aleksandr Stubb bildirib.

Finlandiya prezidentinin bu açıqlamaları həm NATO-nun şimal qanadında təhlükəsizlik narahatlıqlarını, həm də Rusiya ilə Qərb arasında gərginliyin artmaqda olduğunu göstərir.

Qeyd edək ki, Finlandiya Rusiya ilə uzun sərhədə malik ölkə olaraq, 2023-cü ildə NATO-ya üzv qəbul edilib. Son aylarda Helsinki Moskvaya qarşı mövqeyini daha da sərtləşdirib və ABŞ-la hərbi əməkdaşlığı gücləndirib.

Ekspertlərə görə, Stubbun bu xəbərdarlığı təkcə Rusiya rəhbərliyinə deyil, eyni zamanda Avropadakı müttəfiqlərə də siyasi siqnal kimi dəyərləndirilə bilər. 


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR