İnsanlara hürriyət, millətlərə istiqlal!

Van Dammın qızı və azərbaycanlı gəlini bir arada - Fotolar

Hollivud ulduzu Jan-Klod Van Dammın qızı Byanka və gəlinləri, pianoçu Suada Hacızadə bir araya gəlib.

Kaliforniyanın Santa-Monika şəhərindəki restoranların birində “baldız – gəlin” nahar ediblər.

Həmin anları isə Suada instaqram səhifəsində izləyiciləri ilə bölüşüb.

“İki baldız çöldə günəş işığına, söhbətə və gülüşə bürünərək verandada oturur. Əlində qəhvə fincanları, günəş eynəyi taxıb, bu anı ağ-qara rəngə hopdurur. Şəhər arxa planda hərəkət edir, amma burada - sadəcə onlardır. Rahat, isti, axmaq və real…” – deyə, Hacıyeva sözügedən paylaşımına şərh yazıb.

Qeyd edək ki, Suada 2021-ci ildə Türkiyədə Jan-Klod Van Dammın oğlu Kristoferlə nikah masasına oturub. Cütlük ABŞ-də yaşayır.   (Olay)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR