İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edib

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edib.

Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, düşən yağıntının miqdarı Lənkəran, Lerikdə 7, Göygöl, Astara, Daşkəsən, eyni zamanda Bakıda və Abşeron yarımadasında 5, Gədəbəy, Şahbuz, Şəki, Yardımlı, Qax, Oğuz, Qəbələ, Qobustan, Altıağac, Xaltan, Göyçay, Ağdam, İmişli, Sabirabad, Neftçala, Zaqatala, İsmayıllı, Balakən, Culfa, Biləsuvar, Cəlilabad, Ordubad, Tovuz, Ağstafa və Naxçıvanda 3 mm-dək olub.

Qax, Şəki, Qusar, Daşkəsən, Göygöl, Şamaxı, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 500 m-dək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, o cümlədən Aran rayonlarında 9, Naxçıvan MR-da 8, dağlıq rayonlarda 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 3 dərəcəyədək şaxta qeydə alınıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR