İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağı tərk edən erməninin “dostum” dediyi məşhur azərbaycanlı danışdı

Xəbər verdiyimiz kimi, Xankəndini tərk edən erməni sakinlərdən biri məşhur azərbaycanlı travmatoloq Yaşar Cəlilovla dost olduğunu demişdi.

Ölkə.Az xəbər verir ki, erməni AzTV-nin müxbirinə danışarkən özünün vaxtilə Y.Cəlilovla birgə işlədiyini söyləmişdi.

Ölkə.Az erməni sakini açıqlamasından sonra travmatoloq Y.Cəlilovla söhbətləşib.

- Adınızı çəkən erməni həkim kimdir? Tanıdınızmı onu?

- Bildim. O, onkoloqdur. Ad soyadı dəqiq yadımda qalmayıb. Mən Xankəndidə 10 il işləmişəm. Həmin erməni onkoloji xəstəxanada işləyirdi, cərrah idi. Arada görüşürdük. Mən vilayət xəstəxanasında travmatologiya şöbəsinin müdiri idim. Ora gəlib-gedirdi deyə tanıyıram. İclaslarda filan bir yerdə olmuşuq.

- Bilirsiniz ki, artıq birgəyaşayış məsələsi gündəmdədir. Nə vaxtsa həmin həkimlə əlaqə yaratmaq istəyərdinizmi?

- Onunla o qədər də yaxından tanış deyildik. Bilirəm ki, onkoloqdur. O onkoloji dispanserdə işləyirdi, mən isə vilayət xəstəxanasında. Mən cərrahları yaxşı tanıyırdım. Bununla da salam-sağolumuz var idi, amma o qədər də yaxından tanış deyildik.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR