İnsanlara hürriyət, millətlərə istiqlal!

65 yaşlı qadın insan alverinə görə həbs edildi - Adını dəyişib hoteldə yaşayırmış

5 qadını Türkiyəyə apararaq onları cinsi istismara məruz qoyan şəxs hakim qarşısına çıxarılıb.

İstintaqla onun insan alveri, həmçinin insan alveri məqsədi ilə 5 nəfərin sənədlərini qanunsuz olaraq ələ keçirməsi əməlləri sübuta yetirilib.

Musavat.com xəbər verir ki, Türkiyədə Aygün ləqəbi ilə tanınan 65 yaşlı Zahidə Qafarova (ad və soyad şərtidir) 8 il azadlıqdan məhrum edilib.

İstintaqla müəyyən edilib ki, Aygün uzun illərdir bu işlə məşğul olub. O, ilk dəfə İstanbula ticarət məqsədi ilə gedib. Sonradan isə Aksaray bölgəsində yerləşən “Sur” hotelində yaşamağa başlayıb. Orada kişilərin qadınlarla münasibətdə olduğunu bilib. Bundan daha yaxşı qazanc əldə etməyi planlaşdırıb.

İttihama görə, Aygün Bakıdan tanış olduqları qadınları iş adı ilə İstanbula çağırıb. Sonra onları insan alverinə cəlb edib və rəsmi sənədlərini əlindən alıb. Zərərçəkmiş kimi tanınan 5 nəfər qadın Aygündən şikayətçi olublar. Bildiriblər ki, Bakıya qayıtmaq istəyən zaman Aygün onları şantaj edib. Bu barədə ailələrinə məlumat verəcəyini deyib.

Təqsirləndirilən Aygün özünü qismən təqsirli bilib. Deyib ki, qadınlar İstanbula gələndə hansı işlə məşğul olacaqlarını biliblər.

Tərəflərin ifadəsindən məlum olub ki, adı çəkilən hoteldə kişilərlə görüşən qadınların qazancının 50 faizi Aygünə çatırmış.

Aygünün daha əvvəl Türkiyədən deport edildiyi məlum olub. Buna səbəb uzun illər Türkiyədə qaçaq olaraq yaşaması olub. Azərbaycana qayıtdıqdan sonra isə ad və soyadını dəyişərək yenidən Türkiyəyə gedib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR