Onlayn ictimai-siyasi qəzet
Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, cavab görüşləri çərçivəsində 7 matç baş tutacaq.
Təmsilçimiz "Qarabağ"ın rəqibi isə "Dinamo Minsk" - "Lüdoqorest" görüşünün qalibi olacaq.
Bu komandalar arasında keçirilən ilk görüş "Lüdoqorets"in 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, "Qarabağ" "Linkoln"la görüşdə iki oyunun nəticəsinə əsasən, 7:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb və 11-ci dəfə Avrokuboklarda qrup mərhələsində çıxış etmə haqqına yiyələnib.
Qeyd edək ki, III təsnifat mərhələsinə avqustun 6-da start veriləcək.
Çempionlar Liqası
II təsnifat mərhələsi
Cavab oyunları
31 iyul
21:00. RFŞ - "Bodo Qlimt"
İlk oyun - 0:4
21:15. "Midtulland" - "Santa Koloma"
İlk oyun - 3:0
22:00. "Makkabi" T-Ə - "Styaua"
İlk oyun - 1:1
22:00. "Partizan" - "Dinamo Kiyev"
İlk oyun - 2:6
22:30. "Yagellonya" - "Panevejis"
İlk oyun - 4:0
22:45. "Dinamo Minsk" - "Lüdoqorets"
İlk oyun - 0:2
23:00. "Borats" - PAOK
İlk oyun - 2:3
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ