Onlayn ictimai-siyasi qəzet
Moskvanın Butırka Rayon Məhkəməsi Mixail Xaçaturyanı qızları Kristina, Angelina və Mariyaya qarşı zorakılıq, təcavüz və pornoqrafiya yaymaq ittihamlarında təqsirli hesab edib.
Xaçaturyan məhz öz qızları tərəfindən öldürülüb.
Musavat.com xəbər verir ki, Xaçaturyan bacıları ilə bağlı cinayət işi 2018-ci ildən bəri davam edib.
Həmin il Kristina, Angelina və Mariya atalarını öldürməkdə ittiham olunaraq həbs edilib. Qızlar hadisəni etiraf edib, illərlə davam edən işgəncə və təcavüzlərə məruz qaldıqlarını bildiriblər. Deyiblər ki, Mixail Xaçaturyan onları döyür, cinsi zorakılığa məruz qoyub, porno çəkilişlərinə məcbur edib və xarici dünya ilə bütün əlaqələrini yasaqlayıb.
Serbski adına psixiatrik ekspertiza institutu da bu ifadələri təsdiqləyib. Məhkəmə qızların atasını məhz uzunmüddətli zorakılığa dözmədiklərinə görə öldürdüyü qənaətinə gəlib. Bu səbəbdən qızlar hüquqi baxımdan zərərçəkmiş kimi tanınıblar.
Musavat.com
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ