İnsanlara hürriyət, millətlərə istiqlal!

İcra başçısı musiqi müəllimini özünə müavin təyin etdi - Foto

Şəki Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.

Musavat.com Banker.az-a istinadən xəbər verir ki, RİH başçısı Elxan Usubovun Əmri ilə Xəyalə Töhrab qızı Töhrablı başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin edilib.

Bununla da başçının müavinlərinin sayı 2-yə yüksəlib, ancaq I müavin vəzifəsi hələ ki vakantdır.

Qeyd edək ki, 1986-cı il təvəllüdlü X. Töhrablı bu təyinatadək Şəki şəhər Uşaq İncəsənət məktəbində Tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb, ixtisasca musiqi müəllimidir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR