Onlayn ictimai-siyasi qəzet
Adananın Çukurova rayonunda, süni örtüklü sahədə futbol oynayarkən ürək tutması keçirən 38 yaşlı Hasan Bakırhan həyatını itirib.
Milli.Az xəbər verir ki, hadisə dünən saat 21:00 radələrində Çukurova rayonunun Karslılar məhəlləsində baş verib. Üç uşaq atası Hasan Bakırhan, dostları ilə futbol oynayarkən özünü pis hiss edib və yerə yıxılıb.
Əvvəlcə dostları onun yorğunluq səbəbilə uzandığını düşünüblər. Lakin uzun müddət hərəkətsiz qaldığını gördükdə təcili kömək çağırıblar. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası tərəfindən ilkin tibbi müdaxilə edilən Bakırhan, Çukurova Dövlət Xəstəxanasına aparılıb.
Həkimlər onun infarkt (ürək tutması) keçirdiyini müəyyən ediblər. Göstərilən bütün tibbi yardımlara baxmayaraq, Hasan Bakırhan vəfat edib.
Mərhumun cənazəsi Buruk qəbiristanlığında torpağa tapşırılıb.
21 Aprel 2025
20 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ