Onlayn ictimai-siyasi qəzet
“Ermənistan vətəndaşları müharibənin kimlərin günahı ucbatından və nəyin nəticəsində başladığını aydın şəkildə anlayaraq səsvermədə hakim “Vətəndaş sazişi” partiyasına dəstək verdilər”.
Musavat.com xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
“Daha sonra isə B planı işə salındı – yəni Ermənistan Respublikasını yeni müharibəyə cəlb etmə cəhdi. Bu müharibənin məqsədi – onu Ermənistan Respublikasının ərazisinə keçirmək və sülhməramlı qüvvələrin yerləşdirilməsinə nail olmaq idi. Bu fon üzərindən Ermənistanda hakimiyyət dəyişikliyi həyata keçirilməli, nəticədə əvvəlki kimi başqalarının göstərişi ilə hərəkət edən bir marionet rejim qurulmalı idi. Amma şükürlər olsun ki, bu alınmadı”, - deyə Simonyan qeyd edib.
Spikerin sözlərinə görə, “beşinci kolon” uğursuzluqlara baxmayaraq, fəaliyyətini davam etdirir.
“Bu kolon parlamentdə də fəaliyyət göstərir. Qarşı tərəflə (Simonyan aydınlıq gətirmir - red.) koordinasiyalı şəkildə işləyir, bəzən isə hətta rus dilində danışır”, - deyə Simonyan əlavə edib.
Spiker bəzi müxalifətçilərə məsləhət görüb ki, onlara xaricdən göndərilən mətnləri oxumazdan əvvəl yaxşı redaktə etsinlər.
Musavat.com
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ