İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdakı dəhşətli yanğından ƏN SON GÖRÜNTÜLƏR - VİDEO

Nizami küçəsi 196 ünvanındakı anbarda yanğının qarşısının alınması üçün tədbirlər davam etdirilir.

Musavat.com-un hadisə yerində olan əməkdaşı xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları yanğının lokallaşdırılması üçün çalışırlar.

Penitensiar Xidmətin inzibati binasının qonşuluğunda meydana gələn yanğının söndürülməsi üçün hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Yanğının hansı səbəbdən meydana gəlməsi hələlik bəlli deyil.

Məlumata görə, təxirəsalınmaz tədbirlər sayəsində yanğının daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb. Əraziyə FHN-in 6 yanğınsöndürmə briqadası cəlb olunub.

Hazırda yanğın davam edir.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR