Onlayn ictimai-siyasi qəzet
Qırğızıstanlı fəal Tilekmat Kurenov BƏƏ-də saxlanılıb, sonra Bişkekə aparılıb və həbs edilib – o, hakimiyyəti zorakılıqla ələ keçirməyə çağırışda ittiham olunur.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, aprelin 21-də Bişkekin Pervomayski rayon məhkəməsi Tilekmat Kurenov barəsində mayın 19-dək həbs qətimkan tədbiri seçib.
Qırğızıstan Respublikasının Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin məlumatına görə, Kurenov ölkədən kənarda olarkən sosial şəbəkələrdə kütləvi iğtişaşların təşkili və hakimiyyətin zorakılıqla ələ keçirilməsi çağırışlarından ibarət yazılar və videomüraciətlər dərc edib. Buna görə Qırğızıstanda ona qarşı cinayət işi açılıb və o, beynəlxalq axtarışa verilib.
Bundan əvvəl Kurenovun qohumları sosial şəbəkələrdə onun aprelin 10-da itkin düşdüyü barədə məlumat yayıblar. Daha sonra Qırğızıstanın Çuy vilayətinin polis idarəsi fəalla əlaqəli iki nəfərin kütləvi iğtişaşların təşkilində şübhəli bilinərək saxlanılması barədə məlumat yayıb.
Musavat.com
05 May 2025
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ