Onlayn ictimai-siyasi qəzet
“Telegram” paylaşım şəbəkəsinın təsisçisi Pavel Durov bildirib ki, messencer 12 il ərzində heç vaxt istifadəçilərin şəxsi mesajlarını hakimiyyət orqanlarına təhvil verməyib, məhkəmənin qərarı ilə yalnız IP ünvanları və telefon nömrələri təqdim edib.
Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, Durov “Telegram”ın yalnız hakimiyyət orqanlarına cinayət törətməkdə şübhəli bilinən istifadəçilərin İP ünvanlarını və telefon nömrələrini təqdim edir. Bu, yalnız məhkəmə qərarı ilə və Aİ Rəqəmsal Xidmətlər Aktına uyğun olaraq baş verir.
Pavel Durov bildirib ki, “Telegram” arxa qapılarla şifrələməni pozmaqdan və əsas insan hüquqlarını tapdamaqdansa bazarı tərk etməyi üstün tutur.
Musavat.com
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ