Onlayn ictimai-siyasi qəzet
Nikol Paşinyan bildirib ki, Ermənistanda xalqla hüquqi sistem arasında uçurum var.
Musavat.com xəbər verir ki, bu barədə Paşinyan İrəvanda keçirilən “Ədalətə nail olma vasitəsi kimi məhkəmə” adlı konfransda çıxış edərkən deyib.
“Mənim qiymətləndirməm əvvəllər necə idisə, indi də elədir: əmin oldum ki, hüquqi sistemdəki boşluqlar həm də o faktla bağlıdır və ondan qaynaqlanır ki, əslində bütün konstitusiya referendumlarında cəmiyyətin müəyyən bir qavrayışı və inamı mövcud olub – yəni rəsmi şəkildə qeydə alınmış nəticələr xalqın iradəsini ya əks etdirmir, ya da tam şəkildə ifadə etmir.
Mən bu barədə son vaxtlar müxtəlif məkanlarda tez-tez danışıram və “real Ermənistan” ideologiyasını təqdim edirəm. Bu, çox mühüm bir nüansdır və mən burada fundamental, dərin bir problemi görürəm – yəni ölkədə mövcud olan hüquqi quruluşla xalq arasında orqanik bir bağ problemi mövcuddur”, - deyə Nikol Paşinyan qeyd edib.
Musavat.com
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ