İnsanlara hürriyət, millətlərə istiqlal!

“Müxalifət hakimiyyəti ələ almaq istəmir, çünki...” - Simonyandan ŞOK ÇIXIŞ

“Ermənistanda müxalifət hakimiyyəti ələ almaq istəmir və buna sübutlar kifayət qədərdir”.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan danışıb.

“Məsələn, əgər siz doğrudan da hakimiyyətə gəlmək istəyirdinizsə, o zaman niyə Vazgen Manukyanı gətirdiniz? Bu, nəyə lazım idi? Siz deyirsiniz ki, biz kreslolarımıza yapışmışıq. Əgər o kreslolar bu qədər yaxşı idisə, bəs niyə 2020-ci ilin sonunda onları götürməkdən çəkinirsiniz?

Niyə Vazgen Manukyanı gətirdiniz? Çünki siz hakimiyyətə gəlmək istəmirdiniz. 2020-ci ildən sonra hakimiyyət sözün əsl mənasında küçədə qalmışdı. Siz onu götürmədiniz. Çünki sizə lazım deyildi. Məhz bu səbəbdən Kanada vətəndaşını (işarə etdiyi şəxs - red.) dəvət etdiniz. Bu yolla siz hakimiyyətdən imtina etməyə çalışırdınız”, - deyə Simonyan vurğulayıb.

Onun sözlərinə görə, müxalifət bu cür addımlarla məsuliyyətdən yayınmağa çalışıb, çünki yaranmış vəziyyətdən necə çıxmaq lazım olduğunu bilmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR