İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda deputatlar başlarını divara vurmağa qərar verdilər

“İnsanların görmədikləri hadisələr barədə danışmasını eşitmək çətindir, xüsusilə də sən həmin hadisələri şəxsən yaşamısansa”.

Musavat.com xəbər verir ki, bu fikirləri Ermənistan parlamentində müxalif “Ermənistan” blokunun deputatı Geqam Manukyan səsləndirib.

Daha sonra o, sual verib: “27 oktyabr 1999-cu il hadisələrindən öncə (yəni Vazgen Sarkisyanın öldürülməsindən əvvəl - red.) hansı media onun əleyhinə təbliğat aparırdı?”

Hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Vahan Aleksanyan yerindən səslənərək cavab verib:

“Daşnaksütyun!”

Manukyan bunun kim tərəfindən deyildiyini dəqiqləşdirmək istəyib. Aleksanyan cavab verib ki, həmin fikri o səsləndirib.

Manukyan isə buna belə cavab verib:

“Deməli, sən başını divara vurmusan... Çünki həmin media Nikol Paşinyana məxsus olan “Aykaqan Jamanak” qəzetidir. Gedin, o dövrün mətbuatına baxın”.

Aleksanyan isə cavabında Manukyanı “normal danışmağa başlamağa” çağırıb və əlavə edib: “Bəli, başını divara vuran mən olmuşam”.

Bu vaxt parlamentin spikeri Alen Simonyan səssiz şəkildə baş verənləri izləyib, daha sonra tribunaya yaxınlaşıb və bildirib:

“Başını divara vuran sən olmusan”.

Parlament sədri bu şəkildə müxalif deputatın çıxışına cavab verib.

Erməni mediasının xəbərinə görə, nəticədə Geqam Manukyan zalı tərk etməyə qərar verib. Spiker Simonyan isə onu qıcıqlandırmaq məqsədilə arxasınca başqa sözlər işlədib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR