"Telegram"ın qurucusu Pavel Durov gizliliklə bağlı yeni açıqlaması ilə diqqətləri üzərinə çəkib.
Musavat.com xəbər verir ki, Durov bildirib: Telegram fəaliyyətə başladığı 12 il ərzində istifadəçilərin şəxsi yazışmalarından bircə bayt belə paylaşmayıb.
“Avropa İttifaqının Rəqəmsal Xidmətlər Qanununa əsasən, yalnız məhkəmə qərarı olduqda Telegram cinayət törətməkdə şübhəli bilinən şəxslərin IP ünvanları və telefon nömrələrini təqdim edə bilər. Ancaq şəxsi mesajların açıqlanması bu sistemdə mümkün deyil,” – deyə o, vurğulayıb.
Durov bu bəyanatı ilə Telegram-ın digər texnoloji nəhənglərdən fərqli olaraq, istifadəçi məxfiliyinə sadiq qaldığını bir daha göstərmiş oldu. Onun sözlərinə görə, məxfiliyin qorunması şirkət siyasətinin əsas prinsiplərindən biridir.
ŞƏRHLƏRŞƏRH YAZ