İnsanlara hürriyət, millətlərə istiqlal!

Müdir təyin edilən Bəhruz Nəbili kimdir? - DOSYE

Xəbər veriyimiz kimi, Regional təhsil idarələrinə yeni müdirlər təyin olunub.

Elm və təhsil nazirinin müvafiq əmri ilə Bəhruz Nəbili Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.

Milli.Az-a istinadən Bəhruz Nəbilinin tərcümeyi-halını təqdim edirik:

Bəhruz Nəbili 1998-2002-ci illərdə Bakı Dövlət Universitetində "Coğrafiya müəllimliyi (ekoloq)" ixtisası üzrə bakalavr təhsili alıb.

O, 2002-2016-cı illərdə Biləsuvar rayonu İsmətli kənd X.Qafarov adına tam orta məktəbdə coğrafiya müəllimi, 2016-2019-cu illərdə Biləsuvar rayonu Ağayrı kənd V.Rüstəmov adına tam orta məktəbin direktoru, 2019-2022-ci illərdə Biləsuvar rayonu İsmətli kənd X.Qafarov adına tam orta məktəbin direktoru vəzifəsində çalışıb.

Bəhruz Nəbili 2022-2024-cü illərdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsində işləyib.

Bu təyinatadək o, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsində çalışıb. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR