İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kimdir bunlar, hansı əsaslarla şəhərə giriblər, nə işlə məşğul olurlar?”

"Yol hərəkəti təhlükəsizliyi komissiyasının son qərarlarından biri belə olmuşdu ki, Bakı şəhərinin ərazisində icazə verilən maksimum kütləsi 8 tondan yuxarı olan nəqliyyat vasitələrinin girişi səhər saat 7-dən axşam saat 22-yə qədər məhdudlaşdırılır. Belə yük avtomobilləri ancaq axşam saat 22-dən səhər saat 7-yə qədər Bakı ərazisinə daxil ola bilərlər. Bu istisnalar yalnız operativ nəqliyat vasitələrinə, kommunal təsərrüfat xidmətlərində çalışanlara aiddir. Bir də xüsusi icazəsi olanlara.. Bu qərarın sonrası bir normativ hüququ akta çevrilmədi ki, icazənin qaydası nədir, kimlərə verilə bilər?"

Musavat.com xəbər verir ki, bunu moderator.az-a açıqlamasında ekspert Ərşad Hüseynov bildirib. O daha sonra bildirib ki, bunun üçün bir qanun qaydası müəyyən olunmalıdır.

"Təcrübədə var ki, bəzi yük avtomobillərinə şəhərdə ölkə əhəmiyyətli işlərin görülməsi ilə bağlı buraxılışlar verilə bilər. Diqqətlə baxsanız görərsiniz ki, bu dəqiqə şəhərin bütün yerlərində təmir-tikinti işləri gedir. Təmir-tikinti işlərini aparanlar da Avtomobil Yolları Dövlət Agentliyinin avtomobilləridir. Onların istənilən saatda şəhərə girişi təmin olunur. Belə fərqliliklər var. Amma yaxşı olar ki, Nazirlər Kabinetinin qərarı ilə prosedurlar müəyyən olunsun, ki, hansı təşkilatlara, hansı əsasla və hansı hallarda gündüz vaxtı  şəhərə girməyə icazə ola bilər? Prosedur da olmalıdır ki, onlar necə müraciət etməlidirlər və müraciətləri necə cavablandırılır. Əsaslar göstərilmədiyi üçün gündüz vaxtı yük avtomobillərini görürük. Ağlımızda suallar yaranır ki, kimdir bunlar, hansı əsaslarla şəhərə giriblər, nə işlə məşğul olurlar?" deyə ekspert bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Dekabr 2024

23 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR