İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyavuş Novruzov Milli Məclisin iclasında iştirak edir

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında iştirak edir.

Musavat.com bildirir ki, komitə sədrinin son bir neçə iclasda iştirak etməməsi barədə məlumat yayılmışdı.

Bundan öncə isə Siyavuş Novruzovun idmanda aldığı zədə səbəbindən ayağında problemlər yarandığı, bu səbəbdən müalicə kursu qəbul etdiyi bildirilirdi.

S.Novruzov özü bu barədə mətbuatda yazılanlara reaksiyasında bildirdi ki, ayağının sağalmasını gözləyib. Komitə sədri artıq özünü normal hiss etdiyini bildirib və bu barədə əlavə açıqlamaya ehtiyac duymayıb. Yalnız “gərək ayağım sağalaydı ki, iclasa qatılaydım”, deməklə kifayətlənib.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR