İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın planı - Avropa qoşunları Ukraynada yerləşdiriləcək

Donald Trampın Ukraynada atəşkəs planı yaxın günlərdə təqdim oluna bilər.

Musavat.com xəbər verir ki, bu barədə “Nyu-York Post” qəzeti ABŞ administrasiyasının rəsmisinə istinadla yazıb.

Bildirilir ki, plan çərçivəsində Ukrayna ərazisinə Avropa qoşunlarının yerləşdirilməsinin mümkünlüyü müzakirə olunur. Ancaq bundan əvvəl Kiyev və Moskva arasında atəşkəs haqqında razılıq əldə olunmalıdır.
Nəşrin mənbəsinin sözlərinə görə, hazırda “müqavimət qüvvələri” adlanan qurumun strukturu müzakirə olunur. Bu qüvvələr ayrıca beynəlxalq kontingentlə təmsil oluna bilər, onların vəzifəsi atəşkəs rejimini qorumaq olacaq.

Ukrayna, Rusiya və NATO-ya üzv olmayan üçüncü ölkənin nümayəndələrinin daxil olduğu birgə komissiyanın yaradılması ideyası da müzakirə olunur. Komissiya atəşkəs rejiminə əməl olunmasına nəzarət edəcək və hər iki tərəfin cəbhə xətti boyunca hərəkətlərinə nəzarət edəcək.

Eyni zamanda, ABŞ bölgəyə hərbi qüvvələr göndərməyi planlaşdırmır. ABŞ-nin bu planda iştirakı maliyyə baxımından ola bilər - sülh prosesini dəstəkləmək və neytral tərəflə koordinasiya etmək üçün.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski atəşkəs danışıqlarının çərşənbə gününə planlaşdırıldığını bildirib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR