İnsanlara hürriyət, millətlərə istiqlal!

"İndi belə sevgilər tükənməkdədir" - Xoşqədəm Hidayətqızı

Aparıcı Xoşqədəm Hidayətqızı valideynləri ilə bağlı paylaşım edib.

Musavat.com xəbər verir ki, aparıcı bir neçə gün əvvəl dünyasını dəyişən anası ilə atasının fotolarını bölüşüb.

"Həmişə məhəbbət, eşq deyiləndə ilk öz valideynlərim gözümün önünə gəlib. Romanlarda oxuduğumuz sevgidən danışıram… İndi belə sevgilər tükənməkdədir. Sevdiyi qadınsız ona çox çətindir. Anamdan sonra sığındığım limandır atam. Ona güc, dözüm istəyirəm Allahdan. İlk dəfədir anamdan bu qədər ayrı qalır", - deyə o fotolara belə şərh verib.

Qeyd edək ki, Xoşqədəm Baxşəliyeva bir müddət əvvəl verilişində həm atasında, həm də anasında xərçəng xəstəliyi aşkarlandığını, atasının Türkiyədə ağır əməliyyat keçirdiyini bildirmişdi.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR