Onlayn ictimai-siyasi qəzet
Vatikan dünyasını dəyişmiş Roma Papası Fransiskin ilk görüntülərini yayıb.
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, fotoda pontifikin cəsədi sadə, açıq tabutda uzanmış şəkildə əks olunub.
Onun yanında İsveçrə mühafizəçiləri və yüksək rütbəli ruhanilər dayanır. Tabutun yerləşdiyi salonda isə demək olar ki, heç kim yoxdur.
Növbəti üç gün ərzində Papa Fransiskin nəşi Müqəddəs Pyotr Bazilikasında vida üçün açıq qalacaq.
Lakin dəfn mərasimi bu bazilikada deyil, Roma şəhərinin əsas məbədlərindən biri olan Santa Mariya Macore kilsəsində keçiriləcək. Bu, Papa Fransiskin öz vəsiyyətinə əsasən planlaşdırılıb. Bu, Məryəmin qədim ikonasının yerləşdiyi Romadakı əsas kilsələrdən biridir.
Qeyd edək ki, Papa ilə vida mərasimi üçün dünyanın müxtəlif ölkələrindən liderlərin Romaya gələcəyi gözlənilir. Bundan əlavə, Papa Fransiskin vətəni olan Argentinadan da xüsusi reyslər planlaşdırılıb. Ukrayna prezidenti Volodimir Zelenski də vida mərasiminə qatılacaq.
“Prezident Ofisi Papa Fransiskin dəfn tarixinin müəyyən olunmasını gözləyir və prezident Volodimir Zelenskinin Romaya səfərini hazırlayır”, – deyə Prezident Aparatındakı mənbə bildirib.
İqbal RZAYEV,
Musavat.com
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ