İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda ilginc oğurluq hadisəsi - maşını hissələrə bölüb satdı

Biləcəridə oğurladığı avtomobili ehtiyat hissələrə bölərək satan 36 yaşlı Səfadara ağır cəza verilib. Daha əvvəl də narkotik ittihamı ilə məsuliyyətə cəlb edilən Səfadar 11 il həbsdə qalmalı olacaq.

Musavat.com xəbər verir ki, Səfadar “Opel” markalı avtomobili Biləcəri qəsəbəsində oğurlayıb.

Belə ki, maşının sahibi avtomobilini həyətə çıxarıb darvazanı bağlamaq istəyib. Bu zaman maşının mühərrikinin işlək olduğunu görən Səfadar avtomobili qaçırıb. İttihama görə, həmin zaman Səfadar avtomobilinin sahibini ayağının üstündən keçərək ona xəsarət də yetirib.

Səfadar 12 min manat dəyəri olan avtomobili ehtiyat hissələrə ayıraraq satıb. Saxlanılan zaman üzərindən heroin də aşkar edilib. O, narkotik vasitə istifadəçisi oluğunu deyib.

Zərərçəkmiş şəxs maşının qaytarılacağı təqdirdə şikayətçi olmayacağını söyləyib.

Səfadar əməlini etiraf edərək peşman olduğunu bildirib. Lakin dəymiş zərər ödənməyib.

Məhkəmə Səfadarı narkotik və quldurluq ittihamları ilə təqsirli bilərək 11 il müddətinə azadlıqdan məhrum edib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR