İnsanlara hürriyət, millətlərə istiqlal!

FTX HƏRƏKƏTƏ KEÇDİ- Generalın qatili TUTULDU

Federal Təhlükəsizlik Xidməti (FTX) Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalikin qətlində şübhəli bilinən şəxsi saxlayıb.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi yayıb.

"Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində Ukrayna xüsusi xidmət orqanlarının agenti, Ukraynada yaşamaq icazəsi olan 1983-cü il təvəllüdlü İqnat Kuzin saxlanılıb. O, Moskva vilayətinin Balaşixa şəhərində “Volkswagen Golf” markalı avtomobili minalayıb, onun partlaması nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, 1966-cı il təvəllüdlü general-leytenant Yaroslav Moskalik həlak olub", – deyə məlumatda bildirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Aprel 2025

26 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR