İnsanlara hürriyət, millətlərə istiqlal!

2024-də sülh sazişi olmayacaq: “Si vis pacem, para bellum...”

Prezident Əliyev Ermənistana bir qarış torpaq güzəştə getməyəcək və buna “sülh müqaviləsi niyə yubanır” deyənlərin, xüsusilə hərbçi ailələrinin, əsgər analarının, hətta gələcəyin əsgər valideyinlərinin də hazırlıqlı olması lazımdır

Böyük ehtimalla 2024-cü ildə də Ermənistanla sülh müqaviləsi imzalanmayacaq.

Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində sülh sazişi, sərhədlərin müəyyənləşməsi, Zəngəzur dəhlizi və anklavlarla bağlı mövqeyinə Ermənistan baş nazirinin münasibəti də belə deməyə əsas verir ki, sülh bizim istədiyimiz qədər yaxın olmaya bilər. “Bizim istədiyimiz” dedikdə, dövlətin mövqeyi belədir ki, sülh sazişinə əşhəddü ehtiyacımız yoxdur, əslində daha çox Ermənistan bunun üçün cəhdlər etməlidir. Ən azı o səbəbdən ki, Ermənistan İkinci Qarabağ müharibəsində məğlub tərəfdir. Amma Ermənistanın baş naziri Nikol Paşinyanın Prezident Əliyevin müsahibədə dediklərinə reaksiyası belə deməyə əsas verir ki, İrəvan sülh sazişi üçün tələsmir. Yəni Azərbaycanın sülh sazişi üçün təkliflərinə İrəvanda həmişə “əmma” tapılır. Bu isə müharibədə uduzan və hazırda da hərbi baxımdan əlverişsiz mövqedə qalmaqda davam edən Ermənistana yaxşı heç nə vəd etmir

Ermənistan hökuməti və onun yandaşları (Prezidentin bu barədə tapıntısı maraqlıdır: “Ermənistan plyus ölkələr”) olan dövlət rəhbərlərinin son 3 ildə İlham Əliyevi yaxşı tanımaqları gərəkirdir. Amma Paşinyan hərdən özünü elə arxayın aparır ki, sanki kimsə ona məsələn, “Qazaxın kəndlərini qaytarmaq lazım deyil, bir az israrçı olarsansa, Azərbaycan rəhbəri mövqeyində dəyişiklik edə bilər” deyib. Bundan qeyri-ciddi gözlənti ola bilərmi? 10 il sülh müqaviləsi imzalanmasa belə, ermənilərin belə bir axmaq gözləntisi gerçəkləşə bilməz.

Prezident Əliyev Ermənistana bir qarış torpaq güzəştə getməyəcək və buna “sülh müqaviləsi niyə yubanır” deyənlərə, xüsusilə hərbçi ailələrinin, əsgər analarını, hətta gələcəyin əsgər valideyinlərinin də hazırlıqlı olması lazımdır. Dövlət başçısı son müsahibəsində də bunu aydın ifadə etdi:

“Əgər razılığa gəlsək, sülh müqaviləsi imzalanacaq. Əgər razılığa gəlməsək, deməli, ya danışıqlar davam etdiriləcək, ya danışıqlar dayandırılacaq. Hər iki variant da mümkündür”.

64ca1de0dbdb8590c4b3e6f9b28d7d42_9593940.jpg (268 KB)

Məlumdur ki, Nikol Paşinyan Prezident Əliyevin müsahibəsində toxunduğu məsələlərə lideri olduğu partiyanın toplantısında münasibət bildirib. Paşinyanın sözlərinə görə, “son günlər Bakıdan gələn bəyanatlar sülh prosesinə ciddi zərbə vurur”.

Paşinyan öncə sərhədlərin müəyyənləşməsi ilə bağlı Prezidentin mövqeyinə deyinib. Məlumdur ki, İlham Əliyev sərhədlərin müəyyənləşməsi prinsiplərindən danışarkən Ermənistanın təklif etdiyi 1970-ci illər xəritələrinin Bakı üçün qəbuledilməz olduğunu deyib:

“Bizim mövqeyimiz çox ədalətli və məntiqlidir. Ya siyasi metodologiya əsas götürülməlidir, ya xronologiya götürülməlidir, ya da biz bütövlükdə heç bir xəritə əsasında işimizi qurmamalıyıq. Komissiya yaradılıb. Komissiyanın işini fəallaşdırmaq üçün ekspert qrupları yaradılmalıdır. Getsinlər qarış-qarış o yerləri gəzib o sərhədi müəyyən etsinlər. Çünki bu gün bizim sərhədimiz şərti xarakter daşıyır”.

Paşinyan isə cavabında deyib ki, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası 1991-ci il dekabr tarixli Alma-Ata Bəyannaməsinə əsaslanmalıdır:

Снимок.JPG (64 KB)

“Yəni bizim delimitasiya komissiyalarımız gedib sərhəd yaratmamalı, 1991-ci ildə Alma-Ata Bəyannaməsi qəbul edilən zaman mövcud olan sərhədləri yenidən müəyyənləşdirməlidir”.

Prezidentin “bütün Zəngəzur Azərbaycan ərazisidir və bu, sovet dövründə baş verib. Belə torpaq hədiyyələri illər keçdikcə davam edirdi. Sonuncu torpaq hədiyyəsi 1969-cu ilin may ayında edilmişdir” fikirləri də Paşinyanı qorxudub. “Azərbaycan Ermənistana qarşı ərazi iddiaları irəli sürməyə çalışır və bunu tamamilə qəbuledilməz hesab edirik” deyə, o bildirib.

Paşinyan dəhliz barədə danışarkən deyib ki, Ermənistan İran kimi eyni şərtlərlə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsini təmin etməyə hazırdır. Yəni Paşinyan demək istəyib ki, İranın sərhəd və gömrük xidməti Naxçıvana keçmək istəyən Azərbaycan vətəndaşlarını yoxlayacaqlarsa, eyni hüquqa Ermənistan da malik olmalıdır.

02e0db984908b423a65cd960be15c0d1.jpg (220 KB)

Paşinyan İlham Əliyevin “Azərbaycan Ermənistanın silahlanmasına seyrçi qalmayacaq” açıqlamasına belə münasibət bildirib ki, əgər rəsmi Bakı narahatdırsa, iki ölkə bir-birinin silahlanmasına qarşılıqlı şəkildə nəzarətinə dair saziş imzalasın.

Paşinyan bununla da daha bir uzun müzakirələr tələb edən təklif irəli sürür ki, bu da təkcə özünün deyil, Azərbaycanın regionda hərbi baxımdan diktə edən ölkəyə çevrilməsindən əndişə edən “Ermənistan plyus ölkələrin” arzusu kimi başa düşülməlidir.

Nəhayət, seçdirmək etməyin vacib olduğu daha bir mühüm məqam. Paşinyan bəzi xarici və daxili qüvvələrin Ermənistanla Azərbaycan arasında davamlı sülhün bərqərar olmasını istəmədiyini deyərkən özünün vəziyyətini yüngülləşdirmək istəyib.

Paşinyan sülhə qarşı olanlar dedikdə daha çox müxalifəti və kilsəni nəzərdə tutur. “Xarici qüvvələr” dedikdə isə Prezidentin Fransanı sərt tənqid etməsi və sülhə ən çox əngəl olan ölkə kimi adını çəkməsinə öz aləmində guya cavab vermiş olub. Aydındır ki, Paşinyan Moskvaya işarə edir. Amma ürəyində olanı, dilinə gətirməkdən də qorxur...

Beləliklə, ilin əvvəlində açıqlanan mövqelər sülh sazişinə ümidlər vermir.

Azərbaycan ordusunda son mühüm kadr dəyişiklikləri də Roma səlnaməçisinin məşhur deyimini yada salır. “Si vis pacem, para bellum”- “Sülh istəyirsənsə, müharibəyə hazır ol...”

son abzasa.jpg (209 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

16 Noyabr 2024

12 Noyabr 2024

17 Avqust 2024

27 Iyul 2024

21 Iyul 2024

30 Iyun 2024

21 Iyun 2024

16 Iyun 2024

14 Iyun 2024

08 Iyun 2024

28 May 2024

22 May 2024

19 May 2024

12 May 2024

10 May 2024

08 May 2024

03 May 2024

30 Aprel 2024

27 Aprel 2024

21 Aprel 2024

12 Aprel 2024

06 Aprel 2024

05 Aprel 2024

31 Mart 2024

29 Mart 2024

27 Mart 2024

24 Mart 2024

23 Mart 2024

21 Mart 2024