Onlayn ictimai-siyasi qəzet
İran-İsrail qarşıdurması mövzusunda ciddi informasiya çirkliliyi var. Bunun əsas səbəbi dünyanın əksər mediasının yəhidi pullarının təsiri altında olmasıdır.
ABŞ-ın CBS korporasiyası daxil ən populyar sosial xəbərləşmə, tanışlıq(məsələn, odnoklassniki.ru, facebook.com) portalları yəhid patronların nəzarətindədir. İnternetdəki açıq mənbələrdən baxa bilərsiz-hansı Amerika media şirkətlərinin prezidentləri, baş direktorları, təsisçiləri, vitse-prezidentlər və ya Direktorlar şuralarının sədrləri yəhudidir. Nəinki Qərb, hətta ərəb mediası da “İsrail oğulları”nın nəzarəti altındadır. Bu isə o deməkdir ki, nə olursa-olsun “redaksiyanın mövqeyi təsisçiləri(və ya əsas sponsorların) mövqelərinə və maraqlarına uyğunlaşdırılmalıdır” Yəni “Pulu kim verirsə, melodiyanı da o sifariş verir”.
İndi İran-İsrail cəbhəsi ətrafında əsas etibarilə çirklənmiş infornasiyalar dünyaya axıdılır, həqiqət yalan, ya da yalan həqiqət kimi qələmə verilir. Bu “informasiyaların təsiri altında” da Azərbaycan daxil minlərlə məqalələr, şərhlər, təhlillər yazılır və yayılır.
Ukrayna savaşında bunu etmək çətin oldu, çünki Rusiya özü bu dezinformasiya işinin uzmanıdır, səsi dünyaya tam çatmasa da, bir neçə ölkədəki təsir agentərini önə verdilər, “informasiya vakkumunda” əzilmədilər. Məsələn, amerikalı tele-aparıcı Karlsonun Putinlə müsahibəsini, və ya hərbi ekspert Skott Ritterin Qərb telekanallarında mütəmadi səsləndirdiyi mövqeləri xatırlamaq olar.
Azərbaycanın Birinci Qarabağ müharibəsini heç demirəm, 44 günlük savaşda da dünyanın əksər mediası, elə ətrafımızdakı rus-irançı media da hər gün yalan-şər xəbərlər yayır, başlamış haqq savaşımızı dünyaya az qala işğal kimi sırımağa çalışırdılar.
İranla İsrailin hər gecə davam edən qarşılıqlı raklet hücumları ilə bağlı mənzərə də bu baxımdan real qiymətləndirmədən çox uzaqdır, çünki əsasən yalnız bir tərəfin uğurları, bir tərəfin mövqeləri qabardılır. Bunun səbəblərindən biri də əlbəttə ki, İrandakı qapalı rejimdir. Allah bilir, indi onlar televiziyalarda nə yalanlar uydururlar, İsrailin şəhərlərində “daş üstə daş qoymadıqlarını” deyirlər və sairə. İsrail də gerçəkləri gizlədir. Məsələn, dünya mediasında əsas suala cavabları yoxdur: İsrail İranın nüvə silahı üçün zəngiləşdirilmiş uranı əldə etdiyinə dair sübutları niyə MAQATE ilə bölüşmür? Eyni ilə İraqa da ABŞ və müttəfiqləri belə sübutsuz bəhanə ilə hücum etmiş, Səddam Hüseyn rejiminin guya kimyəvi silah əldə etdiyini iddia etmiş, İraqı dağıtmış, rejimi devirmiş və Səddamı edam etmişdi. Sonra nə oldu? İllər sonra rəsmən etiraf etilər ki, sən demə, ABŞ yanlış məlumata görə İraqı bombardman edib!
İndi ABŞ oxşar seçim qarşısındadıdır- amma İran İraq deyil. İranın bu hücumdan nə qədər zərərçəkdiyini yalnız generalların öldürülməsi və ya şəhərlərinin bombalanması ilə qiymətləndirmək olmur. Bu hücumun mahiyyəti İraqla eynidir, gopa basmağa dəyməz, əsas hədəf molla rejimini devirmək idi. İslam inqilabının qələbəsindən sonra(1979) İran rejimi haqda əfsanələr dolaşır, sərt molla rejimi, dinin istismar məqsədi ilə istifadəsi və sairə. Mən heç qonşu dövlətdə olmadım, xüsusi həsrətim də yox. Bilsəm ki, ömrüm 5 il uzanacaq, oraya yenə səfər etmərəm. Qarabağın daşlarını söküb aparan ermənilərlə şərik olublar, bunu unutmaq olmaz. Amma hazırkı görüntü budur ki, İran rejimi “çərt qoz” çıxdı. Bütün hərbi və strateji qərar verən mərkəzlərin başındakı generalların öldürülməsinə baxmayaraq, İran İsrailə cavab vermək gücünü ortaya qoydu. Mən yarızarafat, yarıgerçək hətta deyirəm ki, bu hava zərbələri nəticəsində İran dövlətinin xarabalığının altından bir dövlət də çıxdı. “Dərin dövlətdir”, hərbi dövlətdir, adı nədirsə, böhrandan sarsılmadı. Bizim üçün sevindirici heç nə yoxdur, hətta bu savaşı bizim “dərin dövlət”, hərbi isteblişment ciddi təhlil etməlidir, hər gününü deyil, hər saatını belə... Çünki İran region üçün həmişə potensial təhlükədir, bu qarşılıqlı məsafəli hücumların nəticəsimdən asılı olmayaraq İran hələ bizim qonşumuz olaraq qalacaq. İsraillə hələ də davam edən qarşılıqlı raket zərbələri bu dövlətin hərbi arsenalının zəif olmadığını üzə çıxardı. Bilmirəm, iranlı generalların yerini öyrənən MOSSAD, onları sərrast atəşlə öldürən ÇAXAL İranın neçə gün müqavimət göstərəcəyini dəqiq hesablamışdılarmı, hər halda Tehran bütün basqılara rəğmən özünü bu saatadək əzdirməyib. Nəzərə alın ki, İsrail qabaqcıl texnologiyaya malik ölkədir, nüvə başlıqları da var, üstəlik heç bir nüvə əleyhinə konvensiyaya da qoşulmayıb. Yəni nüvə silahını atıb, heç bir məsuliyyət daşımaya da bilər. Adama qeyri-ciddi, hətta gülməli gəlir, amma söhbət ABŞ-ın ən yaxın müttəfiqi İsraildən gedirsə, bunu heç vaxt istisna etmək də olmaz.
İsrailin qayğıları və qorxuları bəllidir. İllərdir ki, İran və onun proksi gücləri balaca bir ölkəni məhv etməklə hədələyirlər. İsrailin özünü müdafiə haqqı var, bunu Qərb liderləri bugünlərdə tez-tez deyir. Amma qarşı tərəfin də belə hüququ var.
Prezident Tramp ABŞ-ın hər an İsrailin tərəfində İranla hərbi əməliyyatlara qoşula biləcəyini anons edir. Amma bu, hələ ABŞ-ın İrana müharibə elanı deyil. Trampın hansısa ölkə ilə müharibəyə başlamaq səlahiyyəti yoxdur. Müharibəni yalnız Konqres elan edə bilər.1999-cu ildə ABŞ və müttəfiqləri BMT mandatı olmadan Yuqosloviyanı bombardman etdi, adını da sonradan humanitar əməliyyat qoydu. İndi Tramp İranda da bunu edə bilər, çünki İsrailin indi açıq hərbi dəstəyə ehtiyacı var. Son olaraq İran Ali Milli Təhlükəsizlik Şurası “yalnız o zaman İsraili atəşə tutmağı dayandıracağıq ki, yəhudi dövləti “cəzalandırılsın” və təzminat ödəsin” bəyanatı verib. Bu da real nəticəsi olmayan, amma altında niyyətlər olan gedişdir...
İndi vəziyyətin qəlizliyi Trampı da ağıllı gedişlər etməyə vadar edir. Amerikanın İranla hərbi qarşıdurmaya getməsi ən pis seçim olardı...
Nazim SABİROĞLU,
Musavat.com
20 Iyun 2025
19 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ