İnsanlara hürriyət, millətlərə istiqlal!

Şirvan sakini bacısını öldürüb

Şirvan sakini bacısını qətlə yetirərək basdırıb

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1952-ci il təvəllüdlü Rəsulova Bəhruzə Rəsul qızı qardaşı Alim tərəfindən bir-neçə gün əvvəl qətlə yetirlərək Şirvan-Salyan yolunun sağ tərfində yerləşən dağlıq ərazidə basdırılıb.

Meyit hüquq-mühafizə orqanları təfindən basdıqlıdığı yerdən çıxarılaraq Şirvan morquna yerləşdirlib.

Qətli törətməkdə şübhəli bilinən Alim saxanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Şirvanda 70 yaşlı qadın qardaşı tərəfindən boğularaq qətlə yetirilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, əvvəllər dəfələrlə məhkum olunmuş Şirvan şəhər sakini, 1966-cı il təvəllüdlü Rəsulov Alim Rəsul oğlu ailə münaqişəsi zəminində bacısı - 1952-ci il təvəllüdlü Rəsulova Bəhruzə Rəsul qızını əli ilə boğaraq öldürüb. Bacısının qətlini gizlədən qardaş onu öz əcəli ilə ölən kimi el adəti ilə şəhər qəbristanlığında dəfn edib.

Bu gün isə hüquq-mühafizə orqanlarına qadının qətlə yetirildiyi məlum olub. Axşam saatlarında meyit hüquq-mühafizə orqanları təfindən müayinə olunmaq üçün qəbirdən çıxarılaraq Şirvan morquna yerləşdirilib.

Qətli törətməkdə təqsirləndirilən A.Rəsulov saxanılıb.

Faktla bağlı Şirvan şəhər prokuroluğunda araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR