İnsanlara hürriyət, millətlərə istiqlal!

İnsanın vəhşiliyi, meymunların xilaskarlığı - 6 yaşlı qızın zorlanmasına mane olublar

Hindistanda kişi altı yaşlı qızı tərk edilmiş evə getməyə şirnikləndirərək zorlamağa cəhd edib.

Musavat.com “Daily Mail”-ə istinadla xəbər verir ki, meymunlar kişiyə hücum edərək onu qaçmağa məcbur ediblər.

Hadisə gündüz kiçik qızın küçədə getdiyi zaman baş verib.

Naməlum kişi onu şirnikləndirərək tərk edilmiş evə aparıb və orada soyunduraraq zorlamağa cəhd edib. Bu zaman meymunlar uşağın köməyinə gələrək təcavüzkara hücum ediblər. Kişi meyminların onun didib parçalayacağını görərək qaçmağa məcbur olub.

Qorxmuş qız evə qayıdanda baş verənləri və meymunların onu kişidən “xilas etdiyini” valideynlərinə danışıb.

Qızın atası yerli mediaya bildirib ki, uşaq küçədə oynayırmış, təcavüzkar onu aparıb: “Əgər meymunlar müdaxilə etməsəydi, qızım öləcəkdi”.

Müşahidə kameralarının görüntülərində şübhəli şəxsin küçədə qızın əlindən tutaraq apardığı görünür.

Polis şübhəlinin başqa kənddən olduğunu güman edir, lakin onun şəxsiyyətini hələ müəyyənləşdirə bilməyib.

Faktla bağlı cinayət işi başlanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR