İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya Qazaxıstandan neft tədarükünü ikiqat artırmasını istəyir  

Qazaxıstan Almaniyadan neft tədarükünün 2,5 milyon tona çatdırılması ilə bağlı müraciət alıb.

Musavat.com xəbər verir ki, bu məlumatı Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev açıqlayıb.

Onun sözlərinə görə, bu ilin sonunadək Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırırlar: "Oonlardan ümumilikdə 2,5 milyon tona qədər artım tələb olunur".

Nazir Qazaxıstanın ixracın 2,5 milyon tona qədər artırılmasını təmin edə biləcəyini və hansı müddət ərzində təmin edə biləcəyini dəqiqləşdirməyib.

Qeyd edək ki, bundan əvvəl ölkə prezidenti Kasım-Jomart Tokayev Almaniya bazarına neft ixracını artırmağa hazır olduqlarını bildirmişdi.

2024-cü ildə Qazaxıstanın “KazTransOil” şirkəti Transneft PJSC neft magistral boru kəməri sistemi vasitəsilə Almaniyaya çatdırılmaq üçün Adamova Zastava neft tədarükü məntəqəsinə 1,2 milyon tona qədər Qazaxıstan neftini göndərməyi planlaşdırır.

2023-cü ilin sonunda Drujba neft kəməri ilə Almaniya istiqamətində 993 min ton Qazaxıstan nefti (Karachaganak Petroleum Operating şirkətinin ehtiyatlarından) nəql edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR