İnsanlara hürriyət, millətlərə istiqlal!

Qlobal neft bazarında OPEC-in payı 52 faizə çatacaq

OPEC+ ölkələrindən neft tədarükü 2023-cü ildəki 50,3 milyon barellə müqayisədə 2050-ci ilə qədər sutkada 62,9 milyon barelə yüksələ bilər.

Musavat.com xəbər verir ki, bu qiymətləndirmə OPEC-in uzunmüddətli "World Oil Outlook" (WOO) hesabatında öz əksini tapıb.

Hesabata görə, 2029-cu ilə qədər OPEC+ ölkələri sutkada 53,1 milyon barel neft tədarükünü təmin edə bilər. Eyni zamanda, OPEC vurğulayır ki, qeyri-OPEC+ ölkələri 2030-cu illərin əvvəllərində tədarükün pik həddinə çatacaq, OPEC+-dan isə tədarük artmağa davam etməlidir. OPEC-in proqnozlarına görə, qlobal neft tədarükündə OPEC+un payı 2023-cü ildəki 49 faizdən 2050-ci ilə qədər 52 faizə yüksələcək.

OPEC+ üzvü olmayan ölkələr neft tədarükünün 2023-cü ildəki 51,7 milyon bareldən 2029-cu ilə qədər sutkada 58,8 milyon barelə yüksəlməsini təmin edəcəklər. ABŞ (gündə 2,3 milyon barel) və Braziliya (1 milyon barel) hasilatı ən çox artıracaq.

Bununla belə, 2050-ci ilə qədər OPEC-in proqnozuna görə, OPEC+ üzvü olmayan ölkələrdən neft tədarükü sutkada 57,3 milyon barelə qədər azalacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR