Onlayn ictimai-siyasi qəzet
Rusiya Çində Ukraynaya qarşı müharibədə istifadə etmək üçün uzaqmənzilli hücum pilotsuz təyyarələrinin hazırlanması və istehsalı üçün silah proqramı yaradıb.
Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat verib.
Bildirilib ki, Çinli mütəxəssislərin köməyi ilə Rusiyanın silah şirkətlərindən biri “Harpy-3” PUA-nı hazırlayıb sınaqdan keçirib. Sonradan Çində irimiqyaslı dronların istehsalı mümkün olub.
Qeyd edilir ki, bu PUA 50 kq faydalı yüklə 2000 km uça bilir.
Çin Xarici İşlər Nazirliyi "Reuters" agentliyinə belə bir layihədən xəbərsiz olduğunu bildirib.
Nigar,
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ