İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanla Bakı arasında sülh müqaviləsi BELƏ razılaşdırılıb - İDDİA

“Diplomatiyada bütün bəndlər razılaşdırılmayana qədər müqavilənin “80%-nin razılaşdırılması” anlayışı qəbul edilə bilməz”.

Musavat.com xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalif deputatı Ayk Mamicanyan deyib.

Onun sözlərinə görə, diplomatiyanın məşhur “hər şey razılaşdırılmayana qədər heç nə yoxdur” qaydası təsadüfən yaranmayıb.

“16 bənddən 15-i razılaşdırılsa belə, sənədin tutarlılığı yenə də 0% təşkil edir, çünki həmin 1 bəndin uyğunsuzluğu bütün əvvəlki razılaşmaları ləğv edə bilər. Bu, sadəcə olaraq axmaqlıqdır: şərtlər təklif etmək, ondan imtina etmək, sonra isə onlarsız sənədi imzalamağı təklif etmək”, - deyə Mamicanyan Paşinyanın son çıxışını belə dəyərləndirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR