Onlayn ictimai-siyasi qəzet
İsrailin endirdiyi zərbələr nəticəsində Qəzzada həlak olan fələstinlilərin sayı 41 min 495 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
Ümumilikdə 96 mindən çox insan zərər çəkib.
Yalnız son sutkada 28 nəfər ölüb, 85 nəfər yaralanıb.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ