İnsanlara hürriyət, millətlərə istiqlal!

Melkonyanın Türkiyə hikkəsi

“Türkiyə Ermənistana qarşı 1990-cı illərdən formalaşdırdığı tələblərindən heç də kənara çıxmayıb”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli türkoloq Ruben Melkonyan danışıb.

Onun sözlərinə görə, Ankara bu xəttə sadiq qalmağa davam edəcək, çünki Ermənistanın Türkiyəni bundan çəkindirmək üçün bir rıçaqı yoxdur.

Melkonyana görə, Ankaranın Qarabağla bağlı bir şərti artıq yerinə yetirilib, Ağrı dağı və Ermənistan Konstitusiyasına aid daha iki şərt isə Ermənistan hakimiyyəti tərəfindən dövriyyəyə buraxılıb.

“Təbii ki, Türkiyə bütün bunları müsbət qiymətləndirəcək”, - deyə erməni ekspert qeyd edib.

Baş nazir Nikol Paşinyanın Türkiyə prezidenti Ərdoğana Azərbaycan-Ermənistan danışıqlarının gedişi barədə məlumat verməsi barədə Ermənistan hökumətinin press-relizi də Melkonyanın çaşqınlığına səbəb olubmuş.

Onun sözlərinə görə, belə informasiya mübadiləsi adətən dost dövlətlərin və ya tərəfdaş ölkələrin başçıları ilə görüşlərdə olur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR