Onlayn ictimai-siyasi qəzet
Sentyabrın əvvəlində Ukrayna PUA-ları Moskvanın Jukovski hava limanına zərbələr endirib.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bundan iki gün sonra Murmansk vilayətinin Oleneqorsk şəhərindəki Olenya aerodromundan 7 kilometr aralıda pilotsuz təyyarələr görünüb.
Baş verənlərdən sonra Rusiyada təhlükəsizlik tədbirlərini gücləndirməyə qərar verilib. Belə ki, 2028-ci ilə qədər Rusiyanın 31 hava limanının pilotsuz təyyarələrin hücumlarından qorunmaq üçün anti-dron sistemləri ilə təchiz edilməsi planlaşdırılır.
Rusiya hava limanları Ukraynaya məxsus pilotsuz təyyarələrin əsas hədəflərindən birinə çevrilib. Buna görə də hökumət pilotsuz təyyarələrin hücumundan müdafiə üçün 11 milyard rubl ayırmağa qərar verib.
İddia olunur ki, 2028-ci ilə qədər Rusiyanın 31 böyük hava limanı pilotsuz uçuş aparatlarından müdafiə sistemləri ilə təchiz olunmalıdır. Söhbət federal mülkiyyətdə olan 20, özəl mülkiyyətdə olan 11 hava limanından (aerodromdan) gedir.
Xatırladaq ki, Rusiyanın Murmansk şəhərində hava limanı dron hücumu təhlükəsi səbəbindən bağlanmışdı.
Nigar,
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ