Onlayn ictimai-siyasi qəzet
Sloveniya və Litvanın Ermənistandakı konsulluqlarının girişində açıq şəkildə narkotik “təklifi” edilir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli hüquq müdafiəçisi, vəkil Ruben Melikyan öz feysbuk səhifəsində yazıb.
“Bu aralar hüquq-mühafizə orqanlarının əməkdaşları Ərdoğanın nökəri (Paşinyanı nəzərdə tutur - red.) ilə döyüşənlərə qarşı mübarizə aparmaqla məşğuldur. Hakim “Vətəndaş sazişi” partiyasının üzvləri isə yəqin ki, bütün bu biabırçılığı sakitcə təşviq edirlər. Gənclər arasında “420” narkotik üçün jarqon hesab edilir”, - deyə Melikyan qeyd edib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ