İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni politoloqdan sərsəm iddia: “Bakı böyük müharibəyə hazırlaşır”

“Azərbaycan yeni genişmiqyaslı hərbi əməliyyatlara intensiv hazırlaşır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sərsəm iddianın müəllifi yerli hərbi ekspert Karen Vrtanesyandır.

Erməni “ekspert” hətta yeni müharibəyə hazırlığın əlamətlərini də sadalayıb. Halbuki bunlar dinc dövrdə hər bir dövlət tərəfindən görülən normal tədbirlər sayılır

Vrtanesyanın sözlərinə görə, Azərbaycan tərəfi 44 günlük müharibədən sonra ordusunu təkmilləşdirib və islahat aparıb:

“Burada Ukraynada baş verən savaşın təcrübəsi də nəzərə alınıb. Ukraynadakı əməliyyatlar teatrı artilleriya batareyalarından istifadənin məqsədəuyğun olmadığını nümayiş etdirdi, çünki böyük avadanlıq yığılması tez bir zamanda müəyyən edilir və məhv edilir. Buna görə də kiçik qruplardan istifadə etmək və zirehli texnikanı ayrı-ayrı bölmələrdə istifadə etmək məqsədəuyğundur”.

Karen Vrtanesyanın fikrincə, bütün bunları Azərbaycan tərəfi ordusunda islahatlar apararkən nəzərə alıb:

“Azərbaycan müxtəlif təlimlərdə, o cümlədən region ölkələri ilə birgə keçirilən təlimlərdə də fəal iştirak edir. Bununla yanaşı, Bakı aktiv şəkildə silah almağa davam edir və burada əsas təchizatçılar Türkiyə və İsraildir. Bütün bunlarla yanaşı, Azərbaycan ordusunda zabitlərin xidmət müddəti artırılır və xüsusi təyinatlılar üçün kadr hazırlığına diqqət yetirən yeni hərbi təhsil müəssisələri açılır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR