İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadının 20 yerə bölünmüş meyiti evindəki soyuducuda tapıldı

Hindistanda 29 yaşlı Mahalakşmi adlı qadının parçalara bölünmüş meyiti tapılıb.

Hadisə sentyabrın 21-i qadının Karnataka ştatının Benqalur şəhərində kirayə qaldığı evində baş verib. Naməlum şəxs Mahalakşminin meyitini 20 hissəyə ayıraraq qalıqlarını soyuducuya qoyub. Onun anası isə qızının itkin düşməsi barədə polisə müraciət edib.

Mahalakşmi faciədən bir müddət əvvəl ərindən ayrılaraq tək yaşamağa başlayıb. Eyni zamanda, 2024-cü ilin fevralında o, əri Hemant Dası məişət zorakılığında ittiham edərək şikayətçi olub. Altı ildir evli olan cütlüyün bir qızı var. Das da öz növbəsində arvadının ona xəyanət etdiyini deyərək ondan şikayət edib. Ailə üzvləri ər-arvad arasındakı münaqişəni həll etməyə çalışıblar.

Arvadının qalıqları aşkar edildikdən sonra Das polisə bildirib ki, Mahalakşmi Uttaraxanddan olan bir saç ustası ilə münasibətdədir. Onun sözlərinə görə, saç ustası da ailəli olub. Das qeyd edib ki, o, həyat yoldaşı ilə son 9 aydır ayrı yaşayıb və onun sevgilisi ilə görüşməyə davam edib-etmədiyini bilmir. Boşandıqdan sonra ilk dörd ay ərzində cütlüyün qızı Mahalakşmi ilə yaşayıb, sonra atasının yanına köçüb.

Mahalakşminin qalıqlarının tapılmasından iki gün sonra, Benqalur polis komissarı əsas şübhəlini müəyyən etdiklərini və onu tutmaq üçün səy göstərdiklərini söyləyib.//Lent.az

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR