Onlayn ictimai-siyasi qəzet
İran rəsmilərinin İsrailə hücumla bağlı yeni təhdid dalğası ilə eyni vaxtda SEPAH komandirinin baş müşaviri İbrahim Cabbari dünən iddia edib ki, “Təl-Əvivə qarşı “Doğru Vəd-3” əməliyyatı gerçəkləşəcək”.
Musavat.com xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Onun sözlərin görə, “əməliyyat İsrailin məhv edilməsinə, Təl-Əviv və Hayfanın yerlə-yeksan edilməsinə imkan verəcək miqyasda həyata keçiriləcək”.
“Düşmənlər İrana hücum etmək istəsələr, onların bölgədəki bütün bazaları və gəmiləri İran qəzəbinin atəşində yanacaq və müqavimət cəbhəsi ön plana çıxacaq”, - deyə Cabbari qeyd edib.
Musavat.com
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ