Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski Almaniya kansleri Olaf Şoltsla müharibənin başa çatdırılması və təhlükəsizlik zəmanətləri ilə bağlı müzakirə aparıb.
Musavat.com xəbər verir ki, bu barədə Zelenski sosial media hesabında məlumat verib.
O, Almaniyanın Ukraynaya göstərdiyi dəstəyə görə Şoltsa təşəkkür edib və Berlinin liderliyinin Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb. Zelenski qeyd edib ki, Rusiyanın genişmiqyaslı işğalından bəri Almaniyanın Ukraynaya verdiyi ümumi yardım 43,6 milyard avroya çatıb.
Bundan əlavə, Ukrayna lideri kansleri general Kelloqla keçirdiyi görüş və xarici dövlət başçıları ilə son təmasları, o cümlədən Fransa prezidenti Emmanuel Makronla dünən apardığı müzakirələr barədə məlumatlandırıb.
Görüş zamanı ədalətli sülhə nail olmaq üçün atılmalı olan addımlar və Avropanın danışıqlar masasında oynaya biləcəyi rol ətraflı müzakirə edilib. Zelenski Almaniyanın dəstəyinə görə Şoltsa təşəkkür edib və Ukrayna xalqının bu yardımı heç vaxt unutmayacağını bildirib.
Musavat.com
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ