Onlayn ictimai-siyasi qəzet
Model Günay Musayevanın ad günü olub.
Model özəl gününü sevgilisi ilə birlikdə keçirib. Həmin gün Günayın eşq yaşadığı gürcü David Bezhuaşvilinin də ad günü olub. Musayeva özəl günündən video paylaşıb.
Qeyd edək ki, bir müddət əvvəl türk mediası Günayın ikinci dəfə ailə quracağını, onun sevgilisinin gürcü olduğunu yazmışdı. Günay isə Gürcüstanda ev aldığını, buna görə ora tez-tez getdiyini demişdi. Model mediaya açıqlamasında David adlı bəylə ailə quracağını demişdi. G.Musayeva türkiyəli aktyor Tolqa Karellə ailəli olub və ayrılıb. Onun bu nikahdan Cahangir adlı bir oğul övladı var. /Axşam.az
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ